AZ

ABŞ Ukraynaya “Taurus” raketlərinin mümkün tədarükü ilə bağlı xəbərdarlıq edib

Almaniyanın uzaqmənzilli “Taurus” raketlərinin Ukraynaya verilməsi bölgədəki münaqişənin yeni gərginlik mərhələsinə səbəb ola bilər.

Editor.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı Cim Catras “YouTube” kanalında bildirib.

Ekspertin sözlərinə görə, Qərb ölkələri vəziyyəti daha da gərginləşdirmək üçün müxtəlif vasitələrdən, o cümlədən “saxta bayraq” təxribatlarından istifadə edə bilər.

“Biz həmişə saxta bayraq təxribatları ilə üzləşə bilərik. MI6 yəqin ki, hazırda nəsə planlaşdırır”, – deyə Catras qeyd edib.

Qeyd edək ki, Almaniyanın “Handelsblatt” qəzeti noyabrın 4-də yazıb: rəsmi Berlin “Taurus” tipli qanadlı raketlərin Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsi imkanlarını hələlik nəzərdən keçirmir.

// Gülnarə Abasova, Editor.az

Seçilən
39
editor.az

1Mənbələr