AZ

Bu gün MDB Təhlükəsizlik Şurasının katiblərinin toplantısıkeçiriləcək

BAKI, 5 noyabr. TELEQRAF

Müstəqil Dövlətlər Birliyinə (MDB)üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin 13-cü toplantısı bu gün Moskvada keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Toplantıya Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu sədrlik edəcək.

O, həmçinin Azərbaycan, Ermənistan və Belarus nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək.

Qeyd edilir ki, iclasda MDB məkanında təhlükəsizlik sahəsində mövcud çağırış və təhdidlər, eləcə də onlara qarşı mümkün birgə tədbirlər müzakirə olunacaq.

Seçilən
36
teleqraf.com

1Mənbələr