Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin IV turuna yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, dünən start götürən turun ikinci oyun günüdə daha 9 qarşılaşma baş tutacaq.
"Qarabağ"ın "Çelsi"ni qəbul etdiyi gündə Türkiyə təmsilçisi "Qalatasaray" Niderlandda "Ayaks"ın qonağı olacaq. Qazaxıstan klubu "Kayrat" isə səfərdə İtaliya "İnter"i ilə üz-üzə gələcək.
Bundan başqa, gecənin mərkəzi oyunu "Mançester Siti" ilə "Borussiya Dortmund" arasında olacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, IV tur
5 noyabr
21:45. "Qarabağ" (Azərbaycan) – "Çelsi" (İngiltərə)
21:45. "Pafos" (Kipr) – "Vilyarreal" (İspaniya)
00:00. "Mançester Siti" (İngiltərə) – "Borussiya Dortmund" (Almaniya)
00:00. "İnter" (İtaliya) – "Kayrat" (Qazaxıstan)
00:00. "Brügge" (Belçika) – "Barselona" (İspaniya)
00:00. "Nyukasl" (İngiltərə) – "Atletik Bilbao" (İspaniya)
00:00. "Benfika" (Portuqaliya) – "Bayer Leverkuzen" (Almaniya)
00:00. "Olimpik Marsel" (Fransa) – "Atalanta" (İtaliya)
00:00. "Ayaks" (Niderland) - "Qalatasaray" (Türkiyə)