AZ

Hamilə qadınlar qrip peyvəndi vurdura bilərmi?

Havalar soyuduqca və qrip halları artdıqca hamilə qadınları düşündürən əsas suallardan biri budur: “Qrip peyvəndi hamilələr üçün təhlükəsizdirmi?”

E-saglam.az xəbər verir ki, Memorial Kayseri Xəstəxanasının mamalıq və ginekologiya mütəxəssisi dosent Dr. Seda Şahin bildirir ki, qrip peyvəndi hamiləlik dövründə təhlükəsiz şəkildə vurula bilər.

Dr. Şahinin sözlərinə görə, bu peyvənd inaktivləşdirilmiş, yəni canlı virus ehtiva etməyən növdəndir. Buna görə də, hamiləliyin istənilən mərhələsində vurulması mümkündür və ana ilə körpə üçün risk daşımır.

Mütəxəssis qeyd edir ki, peyvənd yalnız ananı deyil, həm də körpəni qoruyur. Hamiləlik dövründə vurulan peyvənd nəticəsində anada yaranan antikorlar doğuşdan sonra ilk 3-6 ay ərzində körpəyə ötürülür və onu qrip infeksiyalarından qoruyur.

Dr. Şahin əlavə edib ki, qrip peyvəndi sentyabr-noyabr aylarında vurulduqda daha təsirli olur. Peyvəndin yan təsirləri çox nadirdir və adətən qolda yüngül ağrı və qızartı ilə məhdudlaşır.

“Əgər hamiləsinizsə, qrip peyvəndinizi rahatlıqla vurdura bilərsiniz. Bu, həm sizin, həm də körpənizin sağlamlığını qorumağın ən sadə yoludur”, – deyə o vurğulayıb.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
26
e-saglam.az

1Mənbələr