AZ

Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Milli Məclisinin Bəyanatı beynəlxalq təşkilatlara göndərilib

Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il 31 oktyabrtarixli plenar iclasında qəbul edilmiş 8 noyabr – Zəfər Günününbeşinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası MilliMəclisinin Bəyanatı xarici ölkələrin parlamentlərinə və beynəlxalqparlament təşkilatlarına göndərilib.

Qeyd edək ki, Bəyanatda 2020-ci ilin sentyabr – noyabr aylarında44 günlük Vətən müharibəsində əldə edilən Zəfərin milli tariximizinən şərəfli və taleyüklü hadisələrindən biri olduğu, döyüşmeydanında qazanılan Zəfərin siyasi-diplomatik müstəvidə də təsdiqedildiyi vurğulanır. Bəyanatda bildirilir ki, bu ilin avqust ayındaVaşinqtonda Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi iləAzərbaycan Respublikası Prezidentinin və Ermənistan RespublikasıBaş nazirinin Birgə Bəyannamə imzalaması və iki ölkə arasında sülhsazişinin paraflanması münaqişə dövrünə son qoymuş və regionumuzdauzunmüddətli sülh və sabitliyin yolunu açmışdır.

Sənəddə həmçinin, Azərbaycan Respublikasının Milli Məclisininİkinci Qarabağ müharibəsində qələbənin tarixi əhəmiyyətini qeydedərək, dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün vəsuverenliyinin möhkəmləndirilməsi işinə sadiqliyini bir daha ifadəetdiyi, Azərbaycan Respublikası Prezidentinin bölgədə sülh vəəməkdaşlıq mühiti yaradılmasına yönələn səylərini dəstəklədiyivurğulanır.

Seçilən
45
23
az.trend.az

10Mənbələr