AZ

Köçəryan HƏRƏKƏTƏ KEÇDİ - Oğlu seçkilərə HAZIRLAŞIR

Ermənistanın sabiq prezidenti Robert Köçəryan oğlu Levon Köçəryanı növbəti parlament seçkilərində partiya siyahısında birinci yerə çıxarmağa hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti siyasətçinin komandasındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, son aylarda Levon Köçəryan ölkənin müxtəlif bölgələrinə səfərlər edir, seçicilərlə görüşlər keçirir və aktiv şəkildə siyasi fəaliyyətini genişləndirir.

Musavat.com

Seçilən
44
musavat.com

1Mənbələr