AZ

Azərbaycanlı badmintonçu dünyada ikinci ən sürətli zərbəyə imza atdı - FOTO

Azərbaycanın badmintonçusu Keişa Fatimə Zəhra ölkəmizin adını beynəlxalq arenada ucaldıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Badminton Federasiyası məlumat yayıb.

Bildirilib ki, o, “Supersmash Leaderboard”ın 2025-ci il siyahısında 393,3 km/saat sürətli zərbəsi ilə dünyada bu göstərici üzrə ikinci yerə yüksəlib.

Qeyd edək ki, Keişa Fatimə Zəhra bundan əvvəl də müxtəlif beynəlxalq turnirlərdə - o cümlədən İranda keçirilən “Iran Fajr International Challenge” yarışında uğurla çıxış edib və gümüş medal qazanıb.

İdman.Biz

Seçilən
37
1
idman.biz

2Mənbələr