AZ

Dibçəyə qəpik basdırın -Yaponların üsulu


Ev güllərinə qulluq etməyin müxtəlif üsullarını sınamaq istəyənlər üçün yaponların maraqlı məsləhətləri var.

Medicina.az xəbər verir ki, ev güllərinə düzgün qulluq etmək bitkilərin sağlam və canlı qalmasına kömək edir.

Günəş işığı, su vermək kimi əsas amillər çiçəklərə qulluq üçün çox vacibdir.

Lakin, bütün qayğılarınıza baxmayaraq, bəzi çiçəklər büzüşər və ya solar. Belə hallarda əlavə üsullar işə düşür.

Son zamanlar məşhur olan və uzun müddətdir tətbiq olunan Yapon üsulu, saxsının dibinə qəpik basdırmaqdır.



Mütəxəssislərin fikrincə, qəpiklər az miqdarda mineralları torpağa ötürərək çiçəklərin kökünü dəstəkləyir və bitkilərin daha sağlam böyüməsinə imkan verir.

Həmçinin, bakteriyaların məhv edilməsinə kömək etdiyi bildirilir.

Solmuş və büzüşmüş çiçəklər üçün bu sadə, lakin effektiv üsulu sınamaq bitkilərinizi əhəmiyyətli dərəcədə canlandıra bilər.

Aygün
Medicina.az


Seçilən
37
1
medicina.az

2Mənbələr