AZ

Bosniya və Herseqovinada qocalar evində yanğın: 10 nəfər həlak olub

Tuzla şəhərindəki faciə ölkə rəhbərliyi tərəfindən “böyük miqyaslı fəlakət” adlandırılıb...

Poliqon xəbər verir ki, Bosniya və Herseqovinanın şimal-şərqində yerləşən qocalar evində baş vermiş yanğın nəticəsində 10 nəfər ölüb, 20 nəfər isə yaralanıb. Hadisə barədə məlumatı BBC News yayıb.

Məlumata görə, yanğın Tuzla şəhərindəki qocalar evində çərşənbə axşamı axşam saatlarında, təxminən yerli vaxtla 20:45-də (Qrinviç vaxtı ilə 19:45-də) yeddinci mərtəbədə başlayıb.

Polisin nümayəndəsi bildirib ki, təxminən 20 nəfər, sakinlər, yanğınsöndürənlər, polis və tibb işçiləri daxil olmaqla xəstəxanaya yerləşdirilib. Yaralıların bəzilərinin vəziyyəti ağırdır.

Yanğının səbəbi hələlik müəyyən edilməsə də, Bosniya və Herseqovinanın baş naziri Nermin Nikşiç hadisəni “böyük miqyaslı fəlakət” adlandırıb. Onun sözlərinə görə, ölənlərin hamısı evin yaşlı sakinləridir.

“İlkin məlumata görə, Tuzla qocalar evindəki yanğın nəticəsində 10 nəfər həyatını itirib”, deyə polis rəsmisi bildirib

Rəsmilər qeyd ediblər ki, yanğınsöndürmə işləri tam başa çatdıqdan sonra hadisə ilə bağlı ətraflı istintaq aparılacaq.

Hazırda əraziyə təhlükəsizlik qüvvələri və xilasedici qruplar cəlb olunub, qocalar evinin binası tam təxliyə edilib.

Poliqon.info

Seçilən
40
poliqon.info

1Mənbələr