AZ

Yük avtomobili aşaraq sıxlığa səbəb oldu - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu Zığ-Beton yolunun kəsişməsində evakuatorun idarəetməni itirərək magistral yolda aşması nəticəsində yola yağ və yanacağın dağılması barədə məlumat daxil olub.

"Unikal" nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində avtomobilin aşması nəticəsində ətrafa dağılmış yağ və yanacaq yuyularaq mümkün yanğın təhlükəsi aradan qaldırılıb.

Seçilən
28
16
unikal.az

10Mənbələr