AZ

Balakəndə ağır qəza -

Balakəndə ölümlə nəticələnən yol qəzası baş verib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Şərif kənd sakini Yaqub Şəhmir oğlu Yaqubovun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı qum topasına çırpılıb.

Qəza nəticəsində Y.Yaqubov və avtomobildə olan sərnişin Ramazan Şamil oğlu Qebeyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Sürücü bir neçə saat sonra aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırmalar aparılır.

Seçilən
35
metbuat.az

1Mənbələr