Aİ-də narahatlıq artır: əgər rus aktivləri müsadirə edilməsə, Ukraynaya maliyyə dəstəyi üzv ölkələrin milli büdcələri hesabına həyata keçirilməli olacaq. Nəşrin yazdığına görə, Ukrayna əlavə maliyyələşməsiz artıq gələn ilin yazında ciddi vəsait çatışmazlığı ilə üzləşəcək. Görüşdə Avropa Komissiyası Belçikaya Ukraynanın maliyyələşdirilməsi üçün alternativ variantlar - o cümlədən birgə borclanmalar təklif etməyi planlaşdırır. Brüsseldə ümid edirlər ki, təqdim olunan alternativlər Belçikanın mövqeyinin yumşalmasına səbəb olacaq. Belçika yalnız kompensasiya risklərinin bütün Aİ üzrə bölüşdürülməsini deyil, həm də bu risklərin 2028-2035-ci illər üçün Aİ büdcə planlamasında nəzərə alınmasını tələb edir. Bundan əlavə, ölkə üzv dövlətlərin sanksiyaların uzadılmasına veto qoymaq hüququnun məhdudlaşdırılmasını istəyir, çünki hazırkı sistemdə bir ölkənin vetosu sanksiyaların, o cümlədən rus aktivlərinin dondurulmasının qüvvədən düşməsinə gətirib çıxara bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31