AZ

3I/ATLAS obyekti yadplanetli mənşəlidir? - Fizik açıqladı

Amerikalı fizika nəzəriyyəçisi Mitio Kaku elm ictimaiyyətində müzakirələrə səbəb olan 3I/ATLAS adlı sirli ulduzlararası obyekt barədə fikirlərini bölüşüb. AzPost xəbər verir ki, Alim Newsmax telekanalına verdiyi müsahibənin fraqmentini sosial şəbəkədəki səhifəsində yayımlayıb.

3I/ATLAS — Günəş sisteminə ulduzlararası fəzadan daxil olduğu təsdiqlənmiş üçüncü obyekt hesab olunur.

Mitio Kakunun sözlərinə görə, alimlərin çoxu bu cismin sadəcə digər ulduzlararası kometlər kimi sistemimizdən keçdiyini düşünür. Lakin azsaylı, amma getdikcə fəallaşan tədqiqatçılar qrupu hesab edir ki, bu obyekt süni mənşəli ola və ya ağıllı varlıq tərəfindən idarə oluna bilər.

“Əgər o, Günəş ətrafında dövr edərkən əlavə enerji qazanarsa, bu, enerjinin qorunması qanununa zidd olar. Belə hal onun müəyyən bir ağıllı qüvvə tərəfindən yönləndirildiyini göstərə bilər”, – deyə fizik qeyd edib.

Müsahibədən bir neçə gün sonra alim “X” sosial şəbəkəsində yazıb ki, onun açıqlamasından sonra süni intellektlə hazırlanmış çoxsaylı saxta videolar yayılmağa başlayıb. Bu videolarda guya onun adından cəmiyyətə “dəli və əsassız” fikirlər təqdim olunur.

Məlumata görə, 3I/ATLAS 1 iyulda aşkar edilib. O, diametri təxminən 24 kilometr olan qədim bir kometadır və onun yaşı 7,5 milyard ildən çox hesab olunur.

Harvard Universitetinin astrofiziki Avi Leb hesab edir ki, 2025-ci il dekabrın 19-da bu obyekt Yerə ən yaxın məsafəyə – təxminən 267 milyon kilometrə qədər yaxınlaşacaq. O zaman obyektin təbii, yoxsa süni mənşəli olduğu daha dəqiq müəyyən edilə bilər.

AzPost.az

Seçilən
12
1
azpost.info

2Mənbələr