AZ

ABŞ tarixinə düşən müsəlman Mamdani kimdir? - Tramp hədələmişdi

ABŞ-nin Nyu York ştatının Nyu York şəhərində keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb.

Ölkə.Az xəbər verir ki, yerli vaxtla saat 21:00-da səsvermə başa çatdıqdan sonra verilən səslərin 89%-i sayılıb. 

Associated Press (AP) agentliyinin Nyu-Yorkda açıqladığı ilkin qeyri-rəsmi nəticələrə görə, Mamdani verilən səslərin 50,4%-ni toplayıb. O, ən yaxın rəqibi, müstəqil namizəd Endryu Kuomonu təxminən 9 xal üstələyib.

Demokratlar Partiyasından merliyə namizədi 34 yaşlı Mamdani Nyu-Yorkun ilk müsəlman meri kimi tarixə düşüb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp seçkilərdə Mamdaninin rəqibi Kuomonu dəstəkləyirdi. Tramp Mamdanini "kommunist ruhi xəstə" adlandıraraq o seçiləcəyi təqdirdə maliyyələşdirməni kəsəcəyi ilə hədələmişdi.

“Əgər kommunist namizədi Mamdani Nyu-York şəhər meri seçkilərində qalib gələrsə, tələb olunan minimumdan artıq federal maliyyələşdirmə təmin etməyim ehtimalı azdır, çünki kommunist hökuməti dövründə bu vaxtlar böyük olan şəhərin uğur qazanmaq və ya hətta yaşamaq şansı yoxdur! Kommunist hökuməti dövründə vəziyyət daha da pisləşə bilər”.

Zohran Mamdani kimdir?

Zohran Kwame Mamdani 18 oktyabr 1991-ci ildə anadan olub. O, Uqandanın paytaxtı Kampalada anadan olub və ailəsi ilə birlikdə Cənubi Afrikaya, daha sonra isə kiçik yaşlarında ABŞ-yə köçüb. Ailəsi hind əsillidir: anası məşhur rejissor Mira Nair, atası isə akademik Mahmud Mamdanidir.

O, Afrikaşünaslıq ixtisası üzrə təhsil alıb. 2021-ci ildən etibarən Nyu-York Ştat Assambleyasında 36-cı dairəni təmsil edir. 2025-ci ildə Nyu-York şəhərinin meri vəzifəsinə namizədliyini irəli sürüb, Demokrat Partiyası daxilində mütərəqqi (demokratik sosialist) mövqeyi ilə seçilir.

Z.Mamdani kirayə haqqına nəzarət, kirayə haqqının artırılmasını məhdudlaşdırmaq və dövlət mülkiyyətində olan sosial mənzillərin tikintisi kimi mənzil siyasətinə üstünlük verir. O, həmçinin "pulsuz avtobus" kimi ictimai nəqliyyat pilot layihələrini və böyük şəhərlərin sakinləri üçün minimum əmək haqqının əhəmiyyətli dərəcədə artırılmasını dəstəkləyir.

Billurə
 

Seçilən
31
1
olke.az

2Mənbələr