AZ

"Lukoyl"un satış planları Qazaxıstan layihələrini təhlükə altına qoyur – ÖZƏL

"QazMunayQaz" (QMQ) və "Lukoyl" şirkətləri Qazaxıstandakı birgə layihələrinə ABŞ sanksiyalarının mümkün təsirini qiymətləndirməyə başlayıblar. 

Olaylar.az xəbər verir ki, bu barədə ArbatMedia məlumat yayıb.

"Lukoyl"un oktyabrın 27-də ABŞ sanksiyaları səbəbindən xarici aktivlərini satmaq niyyətini elan etməsindən sonra şirkətlər birgə layihələr üçün məhdudlaşdırıcı tədbirlərin hərtərəfli təhlilinə başlayıblar. 

Milli neft-qaz şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, bu qiymətləndirmə çərçivəsində hüquqi, maliyyə və texniki nəticələr nəzərdən keçirilir.

QMQ-nin məlumatına görə, mövcud vəziyyətə baxmayaraq, layihələrin həyata keçirilməsi Qazaxıstan qanunvericiliyinə və qüvvədə olan müqavilələrə uyğun olaraq davam etdirilir.
Şirkət hər bir sazişdə sanksiyalar tətbiq edildiyi halda tərəflərin hərəkətlərini tənzimləyən müddəaların nəzərdə tutulduğunu vurğulayıb. Lakin bu müqavilələrin təfərrüatları məxfi məlumat olduğu üçün açıqlanmır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
olaylar.az

1Mənbələr