AZ

Konstitusiyamızda yazılan vahidlik bu gün torpaqda qanla təsdiqlənib - Zahid Oruc

Bakı. Trend:

Məğlubiyyət dövründə Konstitusiyamızda ərazi bütövlüyü kağızüzərində mövcud idi. Qanunda “ərazilər toxunulmazdır” yazılsa da,reallıqda 20 faiz torpaqlarımız oğurlanmışdı. De-yure onlar vardı,de-fakto mövcud deyildi.

Trend xəbərverir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri,Milli Məclisin deputatı Zahid Oruc bu gün Bakıda “XXI əsrdə dövlətsuverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiyavə perspektivlər" mövzusunda keçirilən beynəlxalq elmi-praktikkonfransda deyib.

Zahid Oruc bildirib ki, bir vaxtlar Konstitusiyamız pozulmuşmilli hüquqlarımızın simvoluna çevrilmişdi:

"Hamı inanırdı ki, bu prinsiplər bir gün tam reallaşacaq. Odövrdə Konstitusiyamızda "Azərbaycan Respublikası unitar dövlətdir"yazılsa da, faktiki olaraq torpaqlarımızın bir hissəsində ikinciseparatçı qurum, ikinci saxta konstitusiya və ikinci "prezidentinstitutu" mövcud idi. Bu ikili vəziyyət, dövlət dualizmi düz 30 ildavam etdi.

Beləcə, Ana qanunumuzdan müharibə haqqımız doğuldu. Bu günKonstitusiyamızda əks olunan "Azərbaycan vahid və bölünməzdövlətdir" müddəası artıq kağız üzərində deyil, torpaqlarımızdaqanla möhürlənib. Bu Zəfər qanunu şəhidlərimizin canı ilətəsdiqlənib. Biz müasir hərbi texnologiyalardan öncə hüquqlasilahlanmışdıq. Ordumuz güclü idi, amma qələbəmizin əsas səbəbihaqlı olmağımız idi".

Deputat qeyd edib ki, bu gün Konstitusiya da Şuşa kimiazaddır:

"Qarabağ tarixdə ilk dəfə dağıntı deyil, quruculuq və bütövlüyünsimvoluna çevrilib. Bakı isə artıq ərazi itkilərininsəbəbkarlarının deyil, işğalçı qüvvələrin məhkəmə salonunaçevrilib. Azərbaycanın taleyi daha yad paytaxtlarda deyil, öztorpağında müəyyən olunur. "Erməni məsələsi" tariximizdə ilk dəfədinc və könüllü şəkildə ölkə ərazisindən kənara çıxıb və millidövlətçiliyimiz üçün mina rolunu itirib.

Bu gün ərazi bütövlüyümüz artıq yalnız anlayış deyil,reallıqdır. 2020-ci ilin Vətən müharibəsi xarici himayə ilə həyatakeçirilən işğala son qoyduğu üçün əsl milli azadlıq hadisəsisayılır. Müstəqillik yalnız sovetlərdən ayrılmaq deyil, həm dəbeynəlxalq güclərin 30 il ərzində yaratdığı təzyiq və asılılıqdanxilas olmaq deməkdir.

Vətən müharibəsi Qurtuluş savaşı idi. Bu səbəbdən 8 Noyabr -Şuşa Zəfəri və 20 Sentyabr - Xankəndi Zəfəri Azərbaycanın yenimilli azadlıq günləridir".

Məqalədə:
Seçilən
33
az.trend.az

1Mənbələr