AZ

Walla: İran İraqdakı qrupları İsraillə toqquşmaya hazırlaşdırır...

Tehran müttəfiqlərinə müasir silahlar ötürür və döyüş təlimlərini gücləndirir...

Poliqon xəbər verir ki, İsrailin “Walla” portalının məlumatına görə, İran İsraillə mümkün qarşıdurma ehtimalı fonunda İraqdakı şiə yönümlü silahlı qruplaşmaları silahlandırmaq və hazırlamaq səylərini artırıb. İraq mənbələrinin bildirdiyinə görə, Tehran bu qruplaşmalara dəstəyini genişləndirib, xüsusilə müasir silah sistemlərinin tədarükünə üstünlük verir.

Məlumata əsasən, İran İraqda döyüşçülərə İsrailə qarşı mümkün müharibə şəraitində döyüş aparma üsullarını öyrədir. Bu silahlı dəstələr İran İnqilab Keşikçiləri Korpusunun (Sepah-e-Qods) xüsusi bölməsinə tabe olaraq fəaliyyət göstərir və hər zaman İraq hökumətinin göstərişlərinə əməl etmir, birbaşa Tehranın əmrlərini icra edirlər.

İsrail ordusu və kəşfiyyat orqanları isə artıq bu təhlükəyə qarşı hazırlıq görür. Yerli KİV-in məlumatına görə, İran İraqda İsrailə zərbə endirməyə imkan verəcək hərbi-logistik infrastruktur qurmaq üçün ciddi resurslar ayırıb.

Ekspertlərin fikrincə, bu fəaliyyətlər Yaxın Şərqdə güc balansını dəyişə və regional münaqişənin daha genişmiqyaslı qarşıdurmaya çevrilmə riskini artırar.

Poliqon.info

Seçilən
22
poliqon.info

1Mənbələr