AZ

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri İranı xəbərdar edib

Bakı. Trend:

İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı ciddişəkildə yaxşılaşdırmalıdır.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu Beynəlxalq Atom EnerjisiAgentliyinin (BAEA) baş direktoru Rafael Qrossi “Financial Times”amüsahibəsində deyib.

Qrossi bildirib ki, İslam Respublikası ilə İsrail arasında iyunayında başlayan silahlı münaqişədən sonra BAEA İranda təxminənonadək yoxlama həyata keçirsə də, agentliyə ABŞ-ın bombaladığı ənmühüm nüvə obyektlərinə – Fordo, Natanz və İsfahan obyektlərinəgiriş imkanı verilməyib.

“Belə demək olmaz. Bir yandan nüvə silahlarının yayılmamasıhaqqında Müqavilə çərçivəsində qalıram, o biri yandan öhdəlikləriyerinə yetirmirəm...S iz BAEA-dan "yaxşı, müharibə olub, deməlisizə fərqli kateqoriya kimi yanaşırıq" deməsini gözləyəbilməzsiniz. Əks halda, mən nüvə materiallarına tam çıxış imkanımıitirmişəm deməyə məcbur olacağam”,- deyə Qrossi xəbərdar edib.

BAEA baş direktoru əlavə edib ki, hələlik yoxlamalarınpozulmasına görə məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmağaehtiyac yoxdur, lakin əməkdaşlıq ciddi şəkildəyaxşılaşdırılmalıdır.

Məqalədə:
Seçilən
11
1
az.trend.az

2Mənbələr