AZ

ChatGPT sərt komandalardan xoşlanırmış

Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"ChatGPT" sərt komandalara daha dəqiq cavab verirmiş.

Milli.Az xəbər verir ki, Pensilvaniya Universitetinin yeni araşdırması göstərib ki, ChatGPT-yə sərt və tələbkar şəkildə verilən suallar daha dəqiq cavablar alır.

Tədqiqatçılar 250-dən çox fərqli sual variantını yoxlayıb və sərt ifadələrlə verilən sualların cavablarının daha dəqiq olduğunu görüblər. Məsələn, "Ey, köməkçi, bunu həll et!" kimi sərt ifadələrlə verilən suallar 84.8% dəqiqliklə cavab alıb, amma "Zəhmət olmasa, bu məsələyə baxa bilərsinizmi?" kimi daha nəzakətli suallar 80.8% dəqiqliklə cavablanıb.

Amma tədqiqatçılar bu cür davranışın cəmiyyətə mənfi təsir edə biləcəyini vurğulayır. Çox sərt ünsiyyətin insanlar arasında kobud davranışları artırmağa səbəb ola bilər. Belə ünsiyyətin daha geniş şəkildə istifadə edilməsi, insanları daha az nəzakətli etməyə və texnologiyanı daha az inklüziv (hər kəsi qəbul edən) hala gətirməyə səbəb ola bilər.

Tədqiqat hələ rəy prosesindən keçməyib, amma bu nəticələr süni intellektin danışıqda emosional tonları başa düşmə qabiliyyətinə işarə edir.

İsmayıl

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
news.milli.az

2Mənbələr