AZ

Türk hərb ədəbiyyatının siması: Aşıq Ahu Qaraoğlu

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

AZƏRTAC türkdilli xalqların folkloru, adət-ənənələri və mədəni irsinə həsr olunan yazılar silsiləsini davam etdirir

Bakı, 5 noyabr, AZƏRTAC

Türk ədəbiyyatında özünəməxsus yerlərdən birini tutan hərb ədəbiyyatı gün keçdikcə daha çox diqqət mərkəzinə çevrilir. Bu sahə ilə bağlı yeni tədqiqatlar XVII əsr aşığı Ahu Qaraoğlunu yenidən diqqət mərkəzinə gətirib. Tarixçilər və ədəbiyyatşünaslar onun yaradıcılığını türk hərb poeziyasının mühüm nümunələrindən biri kimi qiymətləndirirlər.

Bunu AZƏRTAC-a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru Qumru Şəhriyar deyib.

Onun sözlərinə görə, Osmanlı döyüş ənənəsində aşıqların xüsusi rolu olub.

“Ordunun tərkibində yürüyən dərviş və müridlər döyüşçülərin mənəvi ruhunu yüksəldən ilahilər, cəngilər və dastanlar səsləndiriblər. XVII–XIX əsrlərdə yaranmış bir sıra hərbi mövzulu dastanlar Ahu Qaraoğlunun “Önüncə”, Aşıq Ruhinin “Prut”, Sürurinin “Yürüdü” və Xəyalinin “Silistrə” dastanları bu ənənənin başlıca nümunələri sayılır.

Mənbələr əsl adı Əli olan aşığın Diyarbəkirdə doğulduğunu, Bektaşi ənənəsinə bağlı yeniçəri aşığı olduğunu bildirir. Güclü səs və xanəndəlik qabiliyyəti ilə seçilən aşıq dövrün mənbələrində “xoş sədalı bülbül” kimi təsvir edilir. Avstriyalı şərqşünas Yozef fon Hammer-Purqştal onun Sultan IV Mehmedin saray xanəndələrindən olduğunu qeyd edir”,-deyə o əlavə edib.

Aşığın yaradıcılığı içərisində ən çox tanınan əsərinin “Önüncə” dastanı olduğunu diqqətə çatdıran Qumru Şəhriyar deyib: “Tədqiqatçılar dastanın Rusiya–Osmanlı müharibələrindən birində söyləndiyini ehtimal edir. Ərəb-fars sözləri ilə zəngin olan əsərdə aşıq Allahı, Peyğəmbəri və övliyaları türk əsgərlərinə yardım etməyə çağırır. Dastan bəzi mənbələrdə “Dastan-i İslam padşahı” adı ilə də keçir. Ahu Qaraoğlunun yaradıcılığı türk hərb ədəbiyyatının hələ üzə çıxarılmamış qatlarını açır. Onun adı bu sahənin yenidən araşdırılmasında mühüm yer tutur”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
azertag.az

1Mənbələr