AZ

Erməni vitse-spikerdən nağıl: “Göyçə olmayıb, “Geqama” gölü olub”

Azərbaycan Prezidenti İlham Əliyevin AMEA-da çıxışı Ermənistanı əməlli başlı silkələyib.

Tribunainfo.az xəbər verir ki, dünəndən bütün media və sosial şəbəkələrdə dövlət başçısının “Sevan gölü yoxdur, Göyçə vardır” sözlərini müzakirə edirlər.

Məsələyə rəsmi şəxslərin münasibəti də mövcuddur. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevin sözlərinə dolayı haqq qazandırıb. O deyib ki, Ermənistan parlamentində “Qarabağin bayrağı”nı asanlar buna cavab verməlidir. “Həmin “bayrağı” parlamentdə asanlar düşünmədilər ki, buna Azərbaycanda Göyçə adı ilə cavab verəcək?”

Ermənistan parlamentinin vitse-spikeri Rubin Rubinyan isə sözün həqiqi mənasında nağıl danışıb. O deyib ki, guya, Göyçə gönünü adı başqa olub. “Əgər kifayət qədər geriyə getsək, nə vaxtsa köhnə xəritələrdə Sevan adını görməyəcəyik. Əvəzində biz Geqama dənizini və ya Qeqarkunik dənizini görəcəyik. Amma biz həm də xəritədə Azərbaycanı görməyəcəyik. Ancaq geri qayıtmağın heç bir mənası yoxdur. Biz irəli getməliyik. 8 avqust bəyannaməsinin bütün mahiyyəti bundan ibarətdir”.

P.S. Ermənilərin “tarix” uydurma sahəsində kifayət qədər “peşəkar” olmalarına şübhə yoxdur. İsa Peyğəmbərdən əvvəl xirstianlığı qəbul etdiklərini iddia edən bir xalq, şübhəsiz Göyçə gölünü də “inkar” edəcək.

Fərda Uğur

Seçilən
41
1
tribunainfo.az

2Mənbələr