AZ

''Trabzonspor''un Onananı transfer etməsi mümkün deyil'' - başqan acı reallığı açıqladı

Andre Onananın Türkiyə karyerası hələ ki, pis keçmir. Bilindiyi kimi müqavilə ilə ''Mançester Yunayted''ə məxsus olan tanınmış kamerunlu qapıçı bu mövsüm icarə əsasında ''Trabzonspor''un şərəfini qoruyur.

"Football-plus.az" xəbər verir ki, Onana son turda ''Qalatasaray''la səfər matçında performansı ilə alqış qazandı. 29 yaşlı əlcək sahibi oyunu 5 seyvlə tamamladı və ən əsası bu cür çətin səfərdə qol buraxmadı. O artıq Türkiyə çempionatında aktivinə məhsuldar ötürmə də yazmağa macal tapıb.

Bəzi fanatlar indidən bu qapıçının daimi əsasda transfer edilməsini istəyirlər. Amma klub prezidenti Ərtuğrul Doğan bunun mümkün olmadığını bildirib. O, son açıqlamasında bu qapıçının klub üçün çox bahalı olduğuna işarə vurub:
''Qalatasaray''la səfər oyununda fanatlarımız bizə əla dəstək verdilər. Qalib gələ də bilərdik. Amma bərabərlik qeydə alındı. Gənc və inkişaf etməkdə olan bir komandamız var. Zaman ötdükcə daha da güclənəcəyik. Bu matçda bizim futbolçuları izləmək üçün stadiona rəsmi olaraq 19 skaut gəlmişdi. Onanaya gəlincə, bəziləri real durumun fərqinə varmır. 1 il öncə dəyəri 70 milyon avro olan qapıçıdan bəhs edirik. Üstəlik maaşı çox yüksəkdi. ''Trabzonspor''un bir futbolçuya bu rəqəmləri ödəməsi mümkün deyil. Niyə? Çünki rəqiblərimizin sponsorları və gəlirləri çox yüksəkdi. Bizdə isə belə deyil. Bizdə nə formalara maraq göstərən var, nə VİP-lojaları alan var, nə də abunə biletlərə maraq göstərən var. Biz də buna uyğun davranmaq və ayağımızı yorğanımıza görə uzatmaq məcburiyyətindəyik''.
Seçilən
24
1
football-plus.az

2Mənbələr