AZ

Rafael Qrossi: Zənginləşdirilmiş uranın demək olar ki, hamısı İranın əlində qalıb

Bakı, 5 noyabr, AZƏRTAC

İsrail və ABŞ-ın zərbələrindən sonra İranın zənginləşdirilmiş uran ehtiyatına demək olar ki, zərər dəyməyib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bu barədə “Financial Times” nəşrinə müsahibəsində deyib. “Zərər böyük olub, lakin hesab edirik ki, 60 faizədək zənginləşdirilmiş uranın çoxu hələ də İranın əlində qalıb”, - deyə Rafael Qrossi bildirib.

Bir müddət öncə İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, Tehran uranın dinc məqsədlərlə zənginləşdirilməsini davam etdirmək niyyətindədir.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektlərinə zərbələr endirib. İyunun 23-ü axşam saatlarında Tehran Birləşmiş Ştatların Qətərdəki “Əl-Udeyd” aviabazasına bir neçə ballistik raket atıb. Pentaqonun məlumatına görə, aviabazaya ciddi ziyan dəyməyib və itki yoxdur. Daha sonra ABŞ Prezidenti Donald Tramp İran və İsrail arasında atəşkəs rejiminin qüvvəyə mindiyini elan edib.

Seçilən
4
3
azertag.az

4Mənbələr