AZ

“Müsəlmanam, buna görə üzr istəmirəm” Nyu York meri Trampa meydan oxudu

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

ABŞ-də Nyu-York şəhərində keçirilən seçkilərin rəsmi olmayan nəticələrinə əsasən, Zohran Mamdani şəhərin ilk müsəlman meri olub. O, qələbə nitqində həm rəqiblərinə, həm də Prezident Donald Trampa sərt mesajlar göndərib.

Səslərin 50,4 faizini toplayaraq qalib gələn Mamdani qələbəsini “siyasi bir sülalənin sonu” kimi dəyərləndirib:“Bu gecə siz dəyişiklik üçün səs verdiniz. Yeni bir siyasət dövrünə start verdiniz”.

O, həmçinin vurğulayıb ki, Nyu-York artıq müsəlmanlara qarşı nifrət ritorikası ilə seçki qazanılan bir şəhər olmayacaq.

Mamdani çıxışında Donald Trampa birbaşa müraciət edərək deyib:“Məni dinlə Tramp! Bir despotu qorxutmağın yeganə yolu onun hakimiyyətə gəlməsinə imkan yaradan şəraiti aradan qaldırmaqdır. Bu, təkcə Trampı deyil, növbətisini də dayandırmağın yoludur".

Zohran Mamdani çıxışının sonunda kimliyinə və siyasi baxışına diqqət çəkib: “Müsəlmanam. Demokrat sosialistəm. Bunlara görə üzr istəmirəm".

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
68
26
azpolitika.info

10Mənbələr