AZ

Balakəndə ağır qəza: Ölən və yaralanan var

Balakən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az-ın məlumatına görə, hadisə Şərif kəndi ərazisində qeydə alınıb.
 
Kənd sakini Yaqub Şəhmir oğlu Yaqubov "Mercedes Benz" markalı avtomobilə idarəetməni itirib və maşın yol kənarında olan quma çırpılıb.
 
Hadisə nəticəsində sürücü Y.Yaqubov və avtomobildə olan sərnişin Ramazan Şamil oğlu Qebeyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Y.Yaqubov aldığı xəsarətlərdən xəstəxanada ölüb.
 
Faktla bağlı cinayət işi başlanılıb.
 
Seçilən
49
moderator.az

1Mənbələr