AZ

Astanada Mərkəzi Asiyanın media sahəsində ən mühüm tədbiri keçirilir

Astana, 5 noyabr, AZƏRTAC

Noyabrın 5-də Qazaxıstanın paytaxtında “Astana Media Week 2025” forumu işə başlayıb. “Millətə xidmət - medianın missiyası" mövzusunda təşkil olunan bu tədbir Mərkəzi Asiyanın aparıcı media platformasıdır və sənaye mütəxəssislərini, beynəlxalq platformaları, dövlət rəsmilərini bir araya gətirir.

AZƏRTAC xəbər verir ki, üç gün ərzində iştirakçılar plenar və panel iclaslarda müzakirələr aparacaq, qapalı pitçinq layihələri üzrə çıxışlar edəcək və praktiki ustad dərslərinə qatılacaqlar.

Məruzəçilər arasında aparıcı beynəlxalq və milli media qurumlarının nümayəndələri də var.

“Astana Media Week 2025” illər ərzində Qazaxıstanda və regionda media sahəsi üçün əsas inkişaf platformasına çevrilib, peşəkar icmalar, tənzimləyici orqanlar və beynəlxalq platformalar arasında dialoqu asanlaşdırıb. 2025-ci il forumu jurnalistikanın gələcəyi, etik standartlar, rəqəmsal müstəqillik və sosial harmoniyanın gücləndirilməsində medianın rolu mövzusunda müzakirələr üçün əlverişli məkan təmin edəcək.

Tədbir media sənayesini inkişaf etdirmək və onun daxilində işgüzar əlaqələri gücləndirmək üçün Qazaxıstandakı dövlət, müstəqil, peşəkar və inkişaf etməkdə olan media qurumlarını bir araya gətirir.

 
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
63
1
azertag.az

2Mənbələr