AZ

Macar professor: Avropa İttifaqı Macarıstanın Konstitusiyasına hörmətlə yanaşmalıdır

Macarıstan Avropaya inteqrasiya prosesində olsa da, dövlət suverenliyinin qorunması onun əsas prioritetlərindən biridir. Bunu Macarıstan Beynəlxalq Münasibətlər İnstitutunun və Şeçeni İştvan Universitetinin professoru Vasa Láslo noyabrın 5-də Bakıda keçirilən XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiyalar və perspektivlər — “2025: Konstitusiya və Suverenlik İli” çərçivəsində beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı bildirib. 

“Macarıstan Avropaya inteqrasiyasını heç vaxt tam şəkildə istəməyib. Biz həm hüquqi, həm də mülki sahədə dövlətçiliyimizi qorumuşuq. Macarıstan demokratik idarə olunan dövlətdir. Avropa İttifaqının qanunları Macarıstanın Konstitusiyasına hörmətlə yanaşmalıdır,” – professor vurğulayıb.

O qeyd edib ki, Konstitusiya dövlətin yeganə hüquqi mənbəyidir və əgər Avropa İttifaqı ona verilən səlahiyyətləri aşırsa, bu halda Macarıstanın müvafiq qərarlar qəbul etməsi zəruridir.


Son illərdə Macarıstan hökuməti ilə Avropa İttifaqı arasında hüququn aliliyi, məhkəmə islahatları və miqrasiya siyasəti ilə bağlı fikir ayrılıqları dərinləşib. Budapeşt tez-tez Avropa İttifaqının milli suverenliyə müdaxilə etdiyini bildirir və milli konstitusiyanın üstünlüyünü əsaslandırır.

Gülnar Nazimqızı 

Seçilən
19
anews.az

1Mənbələr