AZ

Paşinyanın müavini: Buğda yüklü qatar Azərbaycandan Gürcüstana keçərək tezliklə Ermənistana çatacaq

Rusiyadan Ermənistana gedən buğda yüklü qatar artıq Azərbaycan ərazisindən Gürcüstan istiqamətində keçir.

APA xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan “Armenpress”ə bildirib.

Onun sözlərinə görə, taxıl tezliklə Ermənistana çatacaq.

“Qeyd etmək istəyirəm ki, bu istiqamətdə azərbaycanlı və rusiyalı həmkarlarımın gördüyü işləri yüksək qiymətləndirirəm. Bu hadisə qarşılıqlı etimadın möhkəmləndirilməsi və sülh çağırışının təbliği üçün böyük əhəmiyyət daşıyır”, - Qriqoryan qeyd edib.

Seçilən
26
1
apa.az

1Mənbələr