AZ

Müsəlman namizəd ilk dəfə Nyu-Yorkun meri seçildi


Demokratlar Partiyadan olan namizəd Zohran Mamdani Nyu-York şəhər meri seçkilərində qalib gəlib.

Qaynarinfo xəbər verir ki, bu məlumatı "CBS News" telekanalı bülletenlərin 90%-nin emalı nəticələrinə əsasən təqdim edib.
Mamdani üçün seçicilərin 50,4%-i səs verib. Müstəqil namizəd Endryu Kuomo 41,6%, respublikaçı Körtis Sliva isə 7,1% səs toplayıb.
Bundan əlavə, Demokratlar Partiyadan olan namizəd Miki Şerill Nyu-Cersi ştatının qubernatoru vəzifəsi uğrunda mübarizədə respublikaçı Cek Çiattarellini üstələyib.
ABŞ Prezidenti Donald Tramp yerli seçkilərdə respublikaçıların uğursuzluğunda şatdaunu günahlandırıb.
"Şatdaun yerli seçkilərdə respublikaçıların buaxşamkı məğlubiyyətinin iki əsas səbəbidir", deyə ABŞ lideri "Truth Social"da yazıb.

Seçilən
48
nuh.az

1Mənbələr