AZ

Bəzi maşın alverçiləri sizi belə aldadır – Ən hiyləgər üsullar

Avtomobil bazarında alıcını aldatmaq üçün müxtəlif fırıldaq üsulları mövcuddur. Azərbaycanda alıcılar bu halla tez-tez rastlaşırlar.

Məsələn, hər hansı alverçi maşını tərifləyir, heç bir probleminin olmadığını deyir, amma satışdan bir neçə gün sonra avtomobilin ciddi problemləri ortaya çıxır.

Bəziləri bu fırıldağı sadə texniki manipulyasiyalarla, bəziləri isə sənəd saxtakarlığı və psixoloji təzyiqlə həyata keçirir. Xüsusilə onlayn satış platformalarında bu hallara daha çox rast gəlinir.

KONKRET.az xəbər verir ki, day.az avtomobil alıcılarının aldadılma üsullarını araşdırıb.

Aşağıda ən çox yayılan fırıldaq üsulları, onlardan qorunma yolları və diqqət edilməli işarələr barədə qısa bələdçi təqdim edirik.

Ən çox istifadə olunan aldatma üsulları

Ən məşhur fırıldaqlardan biri Odometrin sürətölçənin geri çəkilməsidir. Köhnə və çox sürülmüş avtomobilin kilometrajı azaldılır ki, “az işlənmiş” kimi satılsın. Satıcı maşını daha baha qiymətə təqdim edir.

Maşının “qaranlıq keçmişini” gizlədən alveçilər də var. Məsələn, ağır qəzanın iştirakçısı olan və ya sel zamanı suyun altında qalan avtomobilin sənədləri dəyişdirilərək təmiz kimi göstərilir.

Digər hiyləgər üsul isə VIN klonlanması və sənəd saxtalaşdırılmasıdır.

Oğurlanmış və ya ağır zədələnmiş maşına başqa, “təmiz” avtomobilin VIN nömrəsi vurulur. Hüquqi problemlər qaçılmaz olur.

Özünü fərdi satıcı kimi təqdim edən peşəkar alverçilər də var. Peşəkar alverçi özünü fərdi satıcı kimi göstərir ki, məsuliyyətdən qaça bilsin. Çünki satdığı maşında gizli qüsurlar olur.

Ucuz elanla alıcını cəlb etmək üsulu da məşhurdur.

Elanlarda çox ucuz qiymət göstərilir, alıcı maraqlandıqda isə “o maşın satılıb” deyib daha bahalı model təklif olunur. Kredit fırıldağı ilə satış həyata keçirən alverçilər də mövcuddur.

Alıcıya avtomobil verilir, lakin sonradan “bank təsdiqləməyib” bəhanəsi ilə yeni, daha pis şərtlərlə müqavilə imzalatmağa çalışırlar.

Bəzi alverçilər isə saxta zəmanət və əlavə xidmətlər təklif edir. Sənədlərə gizli şəkildə əlavə ödənişlər (sığorta, avadanlıq və s.) salınır və alıcı xəbərsiz pul ödəyir. Satış həyata keçiriləndən sonra yoxa çıxırlar.

Onlayn idxal və ilkin ödəniş fırıldaqları da məşhurdur. “Xaricdən ucuz maşın gətiririk” deyib əvvəlcədən pul alır, sonra yoxa çıxırlar. Son illər bu üsul sosial şəbəkələrdə artıb.

Bəs aldatmaq istədiyini necə bilmək olar?

Şübhə doğuran əlamətlər

•   Qiymət bazardan xeyli aşağıdırsa, bu, bir xəbərdarlıq siqnalıdır.

•   Satıcı tələsdirir: “bu gün almazsan, başqası alacaq” deyir.

•   Sənədlər natamamdır və ya VIN nömrələrində uyğunsuzluq var.

•   Maşının salonu, pedalları və oturacaqları kilometr göstəricisi ilə uyğun gəlmir.

•   Yalnız nağd və ya əvvəlcədən ödəniş tələb olunur.

•   Elanlardakı şəkillər başqa yerlərdə dərc olunub və ya təkrarlanır.

Maşın alarkən aldanmamaq üçün nələri yoxlamaq lazımdır?

•  VIN yoxla: Şüşə altı, qapı və mühərrik bölməsindəki VIN eyni olmalıdır. Onlayn hesabat

•  Mexanik baxışı: Satıcı nə deyirsə desin, müstəqil ustaya göstər.

• Sənədləri araşdır: Gömrük, sahiblik, borc və girov vəziyyətini yoxla.

• Sürüş testi et: Əyləc, mühərrik və asma hissələrini diqqətlə dinlə.

•  Rəsmi ödəniş et: Nağd deyil, bank vasitəsilə və müqavilə ilə.

Seçilən
8
4
konkret.az

5Mənbələr