AZ

Demokratlar Nyu York, Virciniya və Nyu Cersini ələ keçirdilər – ABŞ-də

ABŞ Demokratlar Partiyasının nümayəndələri Nyu-York, Virciniya və Nyu Cersidə keçirilən mer və qubernator seçkilərində qalib gəliblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentlik qeyd edib ki, 34 yaşlı Zöhran Mamdani Nyu York meri, Abiqeyl Spanberger və Miki Şerrill isə Virciniya və Nyu Cersi qubernatorları seçiliblər.

Bu, Donald Trampın Ağ Evə qayıtmasından sonra demokratlar ilk böyük seçkilərdə əldə etdikləri uğurdur.

Agentlik hesab edir ki, qalib namizədlər demokratların tərəfdarları olan seçiciləri ruhlandıra və onların diqqətini daha çox cəlb edə bilib, çünki onların çoxu partiyanın ön sıralarında yeni simaların təmsil olunmasını istəyir. Odur ki, Nyu-York meri seçkilərində fəallıq ən azı 1969-cu ildən bəri ən yüksək göstərici hesab edilir.

Mamdani həm də ABŞ-nin ən böyük şəhərinin ilk müsəlman meri olub. Qubernator seçkilərində qalib gələn demokratlar partiyanın mötədil qanadına aid olsalar da, Mamdaninin hekayəsi bir qədər fərqlidir. Mamdani korporasiyalar və zənginlər üçün vergiləri artırmağa çağırıb.

“Wall Street”in rəhbərləri dünyanın maliyyə paytaxtında democrat-sosialistin hakimiyyətə gəlməsindən narahat olduqlarını bildiriblər.

Xatirə SADİQ

Seçilən
33
42
nocomment.az

10Mənbələr