AZ

Gələn il sosial qurumların fəaliyyətinə nə qədər maliyyə ayrılacaq?

Bakı. Trend:

2026-cı ildə sosial qurumların fəaliyyətinə ayrılacaq maliyyəninhəcmi məlum olub.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisinİqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasətkomitələrin bugünkü birgə iclasında müzakirə olunan “İşsizlikdənsığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsində özəksini tapıb.

Bildirilib ki, nazirliyin tabeliyində Dövlət MəşğulluqAgentliyinin Aparatının və yerli qurumlarının, Dayanıqlı vəOperativ Sosial Təminat Agentliyinin, Əmək Bazarı və Sosial MüdafiəMəsələləri üzrə Milli Observatoriyanın və Naxçıvan MuxtarRespublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinintabeliyində Dövlət Məşğulluq Agentliyinin Aparatının və yerliqurumlarının fəaliyyətinin təşkili və saxlanma xərcləri üçün2026-cı ildə müvafiq olaraq 58,7 milyon manat, 50,0 milyon manat,5,0 milyon manat və 5,0 milyon manat vəsaitin ayrılmasıplanlaşdırılır.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üzrəxərcləri 8 483 070 000 manat məbləğində təsdiq ediləcək.

Məqalədə:
Seçilən
18
az.trend.az

1Mənbələr