AZ

Gələn il işsizliyə görə sığorta ödənişləri 65 % artırılacaq

Bakı. Trend:

2026-cı il üzrə işsizlikdən sığorta fondunun gəlirlərinin238,3 milyon manat və işsizlikdən sığorta fondununəvvəlki illərdə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərininmaliyyələşdirilməsinə yönəldilən vəsaitin həcminin isə28,1 milyon manat olacağı proqnozlaşdırılır.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq və Əmək və sosial siyasət komitələrin bugünkü birgəiclasında müzakirə olunan “İşsizlikdən sığorta fondunun 2026-cı ilbüdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, 2026-cı ildə işsizlikdən sığorta haqları üzrəyığımların 236,6 milyon manat təşkil edəcəyiproqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq edilmiş göstəricisiilə müqayisədə 30,27 milyon manat və ya14,67 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə3,03 milyon manat və ya 1,3 faizçoxdur.

Büdcədən maliyyələşən təşkilatlar və həmin təşkilatlardaişləyənlər tərəfindən ödəniləcək işsizlikdən sığorta haqları üzrədaxilolmaların proqnozu 51,9 mln. manat təşkiledir.

2026-cı ildə işsizlikdən sığorta haqları üzrə daxilolmalarınproqnozunun 184,7 milyon manatı və ya78 faizi qeyri-büdcə sektorunun payına düşür.

İşsizlikdən sığorta fondununxərcləri

İşsizlikdən sığorta fondunun 2026-cı il üçün xərcləri266,4 milyon manat həcmində proqnozlaşdırılır ki,bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisinə nisbətən5,7 milyon manat və ya 2 faiz,2024-cü ilin icra göstəricisinə nisbətən isə 73,7milyon manat və ya 38 faiz çoxdur.

İşsizliyə görə sığorta ödənişlərinin həcminin 2026-cı ildə28,0 milyon manat məbləğində olmasıproqnozlaşdırılır. Bu məbləğ 2025-ci ilin göstəricisinə nisbətən11,0 milyon manat və ya 65 faizçoxdur.

Növbəti il üzrə ölkədə işsiz və işaxtaran şəxslərin əməkbazarının tələblərinə uyğun rəqabətqabiliyyətli işçi qüvvəsi kimihazırlanması məqsədilə təşkil olunacaq peşə hazırlığı və əlavətəhsil tədbirləri üçün proqnozlaşdırılan xərclər26 milyon manat təşkil edir. Bununla da,17 500 nəfər işsiz və işaxtaran şəxsin peşəhazırlığına cəlb olunması planlaşdırılır ki, bu da 2025-ci illəmüqayisədə 1 500 nəfər çoxdur. Bu çərçivədə peşəhazırlığının təşkili üçün 16,7 milyon manat,təqaüdlərin ödənilməsinə 7,9 milyon manat,beynəlxalq sertifikasiya kurslarına 0,5 milyonmanat, peşə hazırlığının təbliğatı forumu üçün 0,5milyon manat, peşə hazırlığı mərkəzlərində tədris olunan peşələrüzrə əyani tədris materiallarının hazırlanması üçün0,4 milyon manat vəsait ayrılması nəzərdə tutulur.2026-cı ildə peşəyönümü məsləhət xidmətlərinin göstərilməsinə1,5 milyon manat vəsaitin yönəldilməsi nəzərdətutulmuşdur.

2026-cı ildə ölkədə 50 əmək yarmarkasınıntəşkil olunması və bu yarmarkaların təşkili üçün məkanlarınicarəsi, istifadə olunacaq afişa və reklam lövhələrinin çapı,televiziyalarda və mətbuatda elanların yerləşdirilməsi və s.xərclər üçün 0,5 milyon manat nəzərdə tutulur.

İşsiz və işaxtaran şəxslərin əmək bazarına inteqrasiyasınısürətləndirmək və iş tapmaqda çətinlik çəkənlərə dəstək verməkməqsədilə haqqı ödənilən ictimai işlərin təşkilinə 2026-cı ildəişsizlikdən sığorta fondunun vəsaiti hesabına 3,7milyon manat vəsaitin yönəldilməsi planlaşdırılır.

Əhalinin özünüməşğulluğunun təmin olunması üçün 2026-cı ildə də77,0 milyon manat vəsaitin ayrılmasıproqnozlaşdırılır.

İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsindəsığortaolunanların əməkhaqlarının bir hissəsinin müəyyən müddətəsığortaedənlərlə birlikdə maliyyələşdirilməsinin təşkili üçün əhatədairəsi 1 445 nəfər təşkil etməklə6,0 milyon manat vəsait nəzərdə tutulur ki, bu damüvafiq istiqamət üzrə 2025-ci il üçün təsdiq edilmiş məbləğənisbətdə 2,0 milyon manat və ya50 faiz çoxdur.

Peşə standartlarının hazırlanması maddəsi üzrə 2026-cı ildə1,0 milyon manat vəsait nəzərdə tutulur.

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlikçəkən şəxslərin məşğulluğunun təmin olunması üçün kvotadan əlavə işyerlərinin yaradılması maddəsi üzrə işəgötürənlərlə DövlətMəşğulluq Agentliyi arasında bağlanılan müqavilələrinmaliyyələşdirilməsi üçün 2026-cı ilin büdcəsində1,0 milyon manat vəsait nəzərdə tutulur.

Dövlət Məşğulluq Agentliyi tərəfindən müsabiqə yolu ilə seçilmişlayihələr çərçivəsində iş yerlərinin yaradılması (iş yerlərininsayı işəgötürənin mövcud işçi sayının 10 (on)faizi miqdarınadək, lakin ümumilikdə 20 iş yerindən çox olmamaqla)ilə bağlı xərclərin 75 faizədək hissəsinin DövlətMəşğulluq Agentliyi tərəfindən ödənilməsi üçün 2026-cı ilinbüdcəsində 2,0 milyon manat vəsait nəzərdətutulur. Həmçinin, işaxtaran və işsiz şəxslərin məşğulluğunun təminedilməsi məqsədilə yeni aktiv məşğulluq tədbirlərinin həyatakeçirilməsinin təmin edilməsi üçün mövcud qanunvericiliklə əməkhüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş digər aktivməşğulluq tədbirlərinin maliyyələşdirilməsinə 2026-cı ilinbüdcəsində 1,0 milyon manat vəsait nəzərdətutulur.

Seçilən
19
2
az.trend.az

4Mənbələr