AZ

Türkiyə və Ermənistan arasında razılaşma əldə edildi

BAKI, 5 noyabr. TELEQRAF

Artıq Ermənistan və Türkiyə arasında hava reysləri mövcuddur və tərəflər uçuşların sayının artırılması barədə razılığa gəliblər.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Nazirin sözlərinə görə, uçuşlar yalnız İrəvana yox, həm də Gümrüyə həyata keçiriləcək və bununla əlaqədar İstanbul və Ankara istiqamətləri də genişlənəcək.

Mirzoyan qeyd edib ki, Türkiyə ilə əsas problem sərhədlərin bağlı qalması və diplomatik münasibətlərin olmamasıdır, amma buna baxmayaraq, iki ölkə arasında intensiv və məzmunlu siyasi dialoq aparılır:

“Bu proses tamamilə ictimai şəkildə gedir”, - nazir vurğulayıb.

Seçilən
50
teleqraf.com

1Mənbələr