AZ

DSMF-nin 2026-cı il üçün gəlir və xərcləri məlum olub

Bakı. Trend:

Dövlət sosial müdafiə fondunun 2026-cı il üzrə xərcləri8 483 070 000 manat məbləğində təsdiqediləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq və Əmək və sosial siyasət komitələrin bugünkü birgəiclasında müzakirə olunan “Dövlət sosial müdafiə fondunun 2026-ciil büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılarolacaq:

  • dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsinin gəlirləri8 323 100 000 manat;
  • dövlət sosial müdafiə fondunun 2026-cı il yanvarın 1-nəyaradılmış ehtiyatından 2026-cı ilin xərclərininmaliyyələşdirilməsinə yönəldilən 159 970 000manat.

Dövlət sosial müdafiə fondunun (o cümlədən müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatınınvə digər struktur bölmələrinin) hesablarında qalan sərbəst vəsait“Sosial sığorta haqqında” Qanuna uyğun olaraq növbəti ilinxərclərinin maliyyələşdirilməsinə və (və ya) müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindəninvestisiyaya yönəldiləcək.

Büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlaranəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrəvəsaitlər dövlət sosial müdafiə fonduna tam məbləğdə daxilolmadıqda dövlət sosial müdafiə fondunun büdcəsininbalanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərininmaliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitinməbləği nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlətsosial sığorta haqları arasındakı fərq qədər artırılacaq, artıqdaxil olduqda isə nəzərdə tutulmuş və faktiki hesablanmış məcburidövlət sosial sığorta haqları arasındakı fərq qədərazaldılacaq.

Seçilən
62
4
az.trend.az

5Mənbələr