AZ

Gələn il 100 yeni peşə və kvalifikasiya standartının hazırlanması nəzərdə tutulur

Bakı. Trend:

Peşə standartlarının hazırlanması maddəsi üzrə 2026-cı ildə 1,0milyon manat vəsait nəzərdə tutulub.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisinİqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasətkomitələrin bugünkü birgə iclasında müzakirə olunan “İşsizlikdənsığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsində özəksini tapıb.

Bildirilib ki, 2026-cı il üçün planlaşdırılmış işlərçərçivəsində 100 yeni peşə və kvalifikasiya standartınınhazırlanması və 135 mövcud standartın yenilənməsi nəzərdətutulur.

Bu, həm də təhsil sistemində kurikulumların peşə standartlarınauyğun şəkildə tərtib olunmasını təmin edərək əmək bazarında bilikvə bacarıqların aktual saxlanmasına imkan yaradacaqdır. Qeyd etməklazımdır ki, cari ildə artıq 1300-dən çox peşə və kvalifikasiyastandartı Nazirliyin “e-sosial” internet portalının “Peşə vəkvalifikasiya standartlarının reyestri”ndə yerləşdirilib.

Məqalədə:
Seçilən
28
5
az.trend.az

6Mənbələr