Noyabrın 4-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. 1news.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 143, o cümlədən borclu şəxs qismində axtarışda olan 118 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.