AZ

İlk dəfə olaraq müsəlman namizəd Nyu-York şəhərinin meri seçilib

Hurriyyet.az xəbər verir ki, ilkin qeyri-rəsmi nəticələrə görə, Nyu-York şəhərinin merini seçmək üçün noyabrın 4-də keçirilmiş seçkilərdə Demokratlar Partiyasından olan namizəd Zöhran Mamdani səslərin 50,4 faizini toplayaraq böyük qələbə qazanıb.

Müstəqil namizəd kimi iştirak edən digər iki namizəd - respublikaçı Kyortis Sliva ilə Nyu-Yorkun keçmiş qubernatoru Endryu Kyomo müvafiq olaraq səslərin 7,1 və 41,6 faizini toplayıblar.

34 yaşlı siyasətçi Zöhran Mamdani 100 ildən çox müddətdə şəhərin ən gənc meri, eləcə də bu vəzifəni tutan ilk müsəlman və afroamerikalı (Uqandada anadan olub) olacaq.

Hürr Tərcüman

Seçilən
28
hurriyyet.az

1Mənbələr