AZ

Kiberhücumlardan dezinformasiyaya qədər - Müasir müharibənin yeni cəbhələri - FOTO - VİDEO

"Baku Network" Təhlil və Araşdırmalar İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycan əleyhinə Hibrid və ideoloji təhdidlərin təhlili" layihəsi üzrə növbəti onlayn görüşü keçirilib.

Day.Az xəbər verir ki, Elnur Ənvəroğlunun moderatorluğu ilə baş tutan debatın qonağı Böyük Britaniyalı fəlsəfə doktoru BBC-nin keçmiş əməkdaşı Devid Uilyam Parri olub.

Müzakirələr zamanı bildirilib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin zabiti və Pentaqon analitiki Frenk Hoffmanın irəli sürdüyü "Hibrid müharibə" ifadəsi bu gün öz mahiyyətini tam şəkildə büruzə verir.

Hoffmanın qeyd etdiyi kimi, bu müharibə tək bir cəbhədə deyil, bir neçə cəbhələrdə aparıla bilər və insan intuisiyasının asanlıqla yayına bilən çoxsaylı taktiki və texniki elementləri özündə gizlədə bilər. Bu gün sürətli texnoloji tərəqqi fonunda hibrid müharibə artıq ənənəvi döyüş meydanlarında deyil, kölgələrdə - kiberməkanda, sosial mediada, xəbər otaqlarında və hətta ictimai fikirdə aparılır.

O, gözəgörünməz olsa da, dağıdıcı dərəcədə təsirlidir; bəzən qan tökülmədən baş verir, amma içəridən bütöv dövlətləri sarsıtmaq gücünə malik olur. Debatın qonağı Dr. Perrinin fikrincə, ənənəvi müharibələrdən fərqli olaraq, hibrid müharibə hərbi təcavüzü iqtisadi təzyiq, dezinformasiya, siyasi manipulyasiya, kiberhücumlar və proksi əməliyyatlarla birləşdirir. Bu strategiya orduları deyil, zəif nöqtələri hədəf alır - bölünmələri dərinləşdirir, etimadı sarsıdır və bir güllə belə atmadan idarəetmə strukturlarını zəiflədərək sabitliyi pozur.

Debatın videovariantını təqdim edirik:

  • Kiberhücumlardan
  • Kiberhücumlardan
  • Kiberhücumlardan
  • Kiberhücumlardan
  • Kiberhücumlardan
  • Kiberhücumlardan
Seçilən
9
2
day.az

3Mənbələr