AZ

İşsizlikdən sığorta fondunun xərcləri artacaq

BAKI, 5 noyabr. TELEQRAF

2026-cı ildə işsizlikdən sığorta fondunun büdcəsinin xərcləri 266,4 milyon manat (2025-ci illə müqayisədə 5,7 milyon manat və ya 2,2 faiz çox) səviyyəsində proqnozlaşdırılır.

Teleqraf xəbər verir ki,bu barədəMilli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb

Xərclərin 238,3 milyon manatı fondun gəlirləri (2025-ci illə müqayisədə 31,9 milyon manat və ya 15,5 faiz çox), 28,1 milyon manatı isə fondun cari ilin sonuna istifadə olunmamış qalığı hesabına qarşılanması nəzərdə tutulur.

İcbari tibbi sığorta fondunun büdcəsinin xərcləri 2 milyard 621,5 milyon manat səviyyəsində proqnozlaşdırılır. Xərclərin 1 milyard 976 milyon manatı fondun gəlirləri, 645,5 milyon manatı isə fondun cari ilin sonuna istifadə olunmamış qalığı hesabına qarşılanması nəzərdə tutulur.

Seçilən
36
5
teleqraf.com

6Mənbələr