AZ

Nyu-Yorkun yeni mer namizədindən Trampa sərt müraciət etdi

Nyu-Yorkda mer seçkilərində qalib gələn namizəd Zellnor Mamdani seçki qərargahında tərəfdarları qarşısında çıxış edərək ABŞ prezidenti Donald Trampa müraciət edib.

Musavat.com xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.

Çıxış zamanı Mamdani öz siyasi və dini kimliyini vurğulayaraq bununla bağlı tənqidlərə cavab verib.

O bildirib:

“Mən müsəlmanam, demokratik sosialistəm və buna görə üzr istəmirəm. Nyu-York immiqrantların şəhəri olaraq qalacaq".

Mamdani həmçinin şəhərdə islamofobiya və nifrət əsasında qurulan siyasi ritorikanın qəbul olunmayacağını vurğulayıb.

“Nyu-York daha artıq islamofobiya ilə seçki qazanılan şəhər olmayacaq. Siyasət artıq bizim üzərimizdə edilən yox, bizim etdiyimiz proses olacaq,” — deyə o ifadə edib.

 

Musavat.com

Seçilən
18
2
musavat.com

3Mənbələr