AZ

Avtobusun iki maşınla toqquşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - FOTO - VİDEO

Dünən Binəqədi rayonu ərzisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 5 nəfər (qadın) Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirlib.

Onlardan 1990-cı il, 1985-ci il, 1977-ci il, 1966-cı il təvəllüdlü şəxslərə alının açıq yarası, diz oynağının əzilməsi, 1971-ci il təvəllüdlü şəxsə isə sağ körpücüyün qırılması diaqnozları təyin olunub.

Xəsarət alanlara dərhal zəruri müayinələr təyin olunub, tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıblar.

***

11.04.2025

Binəqədi rayonu, Biləcəri qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə 202 nömrəli avtobusla “Prius” və “Sonata” markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.

Toqquşmadan sonra 202 nömrəli avtobus yol kənarında yerləşən obyektə çırpılıb.

Nəticədə avtobusun sürücüsü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Əraziyə dərhal təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

Hadisə səbəbindən ərazidə ciddi tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.

Fərid Yusifov

Avtobusun Avtobusun Avtobusun Avtobusun
Seçilən
19
2
apa.az

3Mənbələr