UEFA Gənclər Liqasında bu gün "Qarabağ" və "Sabah"ın U-19 komandaları növbəti matçlarına çıxacaqlar.
Offsideplus.az xəbər verir ki, "köhlən atlar" əsas mərhələsinin IV turunda, Bakıda "Çelsi"ni qəbul edəcək.
Oyun "Azərsun Arena"da, saat 15:00-da başlayacaq.
"Sabah" isə Gənclər Liqasının II təsnifat mərhələsinin cavab matçında "Nant"ı qəbul edəcək.
Bu görüş Əlincə sradionunda, saat 17:00-da start götürəcək. "Bayquşlar" səfərdəki ilk görüşdə Fransa klubuna 0:5 hesabı ilə məğlub olub.