AZ

Zəngilanda “Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfrans keçirilib- FOTO - YENİLƏNİB

Zəfərin beşinci ildönümü münasibətilə Baş Prokurorluq tərəfindən Zəngilan Konqres Mərkəzində “Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfrans təşkil olunub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Baş prokuror Kamran Əliyev tədbiri giriş sözü ilə açaraq Zəfərin beşinci ildönümünün dərin mənəvi və tarixi əhəmiyyətindən danışıb.
Baş prokuror bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olmaqla, beynəlxalq hüququn və ədalətin qələbəsini təmin edib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun misilsiz qəhrəmanlığı nəticəsində ərazi bütövlüyümüz bərpa olunmuş, dövlət suverenliyi tam təmin edilib.
Kamran Əliyev həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vətən müharibəsi və sonrakı bərpa–quruculuq dövründə göstərdiyi humanitar və mənəvi liderlik fəaliyyətini yüksək dəyərləndirib. O, Birinci vitse-prezidentin qayğısı sayəsində şəhid ailələrinə, qazilərə və müharibədən zərər çəkmiş insanlara göstərilən dəstəyin dövlətimizin sosial ədalət siyasətinin bariz nümunəsi olduğunu bildirib.
Baş prokuror çıxışında işğaldan azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyətinin təşkili, hüquqi sistemin bərpası və qanunçuluğun təmin olunması istiqamətində görülən işlərdən danışıb, bu sahədə qarşıda duran prioritet vəzifələri diqqətə çatdırıb.

Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev çıxışında dövlət başçısının rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığını, qısa müddətdə müasir infrastrukturun qurulduğunu qeyd edib. O, Zəngilan rayonunda keçirilən bu kimi tədbirlərin dövlətçiliyimizin möhkəmlənməsinə və Zəfərin ideoloji dəyərinin gənc nəslə ötürülməsinə xidmət etdiyini vurğulayıb.

Azərbaycan Hərbi prokuroru, Baş prokurorun müavini Bəhruz Əhmədov Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə hərbi prokurorluq orqanlarının həyata keçirdiyi hüquqi nəzarət tədbirlərindən danışıb, dövlətin müdafiə qabiliyyətinin və hərbi intizamın qorunmasında prokurorluğun mühüm rolunu qeyd edib.

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi Azər İbrahimov hərbi sahədə şəffaflıq və qanunçuluğun təmin edilməsi istiqamətində görülən tədbirləri, həmçinin Baş Prokurorluqla əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.

Dövlət Sərhəd Xidmətinin Qubadlı Əlahiddə Sərhəd Diviziyasının komandiri Azad Abdullayev sərhəd təhlükəsizliyinin təminində əldə olunan uğurları, azad edilmiş sərhəd bölgələrində yaradılan yeni infrastruktur və xidmət şəraitini iştirakçılara təqdim edib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında Azərbaycan Zəfərinin həm siyasi, həm mənəvi, həm də hüquqi qələbə olduğunu vurğulayıb və ölkəmizin regionda sülhün və sabitliyin təminatçısına çevrildiyini qeyd edib.

Zəngilan rayon prokuroru Qibləli Kərimov isə rayonun azad edilməsindən sonra prokurorluq orqanlarının fəaliyyətinin təşkili, hüquq-mühafizə strukturları ilə koordinasiya və qanunçuluğun təmin olunması istiqamətində görülən işlər barədə məlumat verib.

Konfrans çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli tərəfindən “Qarabağ Azərbaycandır!” kitabının II cildinin təqdimatı keçirilib. Təqdimatda iştirakçılara məlumat verilib ki, kitabın yeni nəşri Vətən müharibəsi dövründə və sonrakı bərpa mərhələsində hüquq-mühafizə orqanlarının fəaliyyətini, ədalətin bərpası istiqamətində görülmüş işləri və beynəlxalq hüququn tətbiqi məsələlərini əhatəli şəkildə təqdim edir. Kitabda həmçinin işğaldan azad edilmiş ərazilərdə dövlətçilik, hüquq və təhlükəsizlik sahəsində həyata keçirilmiş tədbirlər, müharibə zamanı və sonrasında prokurorluq orqanlarının həyata keçirdiyi hüquqi nəzarət tədbirləri barədə geniş məlumatlar yer alıb. Təqdimat zamanı tədbir iştirakçılarının bir qisminə kitab nüsxələri hədiyyə olunub və Zəfərin ideoloji və tarixi əhəmiyyəti geniş auditoriyaya çatdırılıb.

Konfrans çərçivəsində Zəfərin beşinci ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib, müzakirələr aparılıb və sonda xatirə fotoşəkli çəkilib.

***

09.47

Zəfərin beşinci ildönümü münasibətilə Baş Prokurorluq tərəfindən Zəngilan Konqres Mərkəzində “Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfrans keçirilir.

APA-nın Qarabağ bürosu xəbər verir ki, konfransda Baş prokuror Kamran Əliyev, Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Azərbaycanın hərbi prokuroru Bəhruz Əhmədov, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi, general-mayor Azər İbrahimov, Milli Məclisin deputatları, QHT rəhbərləri, Vəkillər Kollegiyasının üzvləri və digər ictimaiyyət nümayəndələri iştirak edir.

İştirakçılar tədbirdən əvvəl Ağalı kəndində olan Heydər Əliyevin büstünü və Zəngilan şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər.

Zəngilanda Zəngilanda Zəngilanda Zəngilanda Zəngilanda Zəngilanda Zəngilanda Zəngilanda Zəngilanda Zəngilanda
Seçilən
28
5
apa.az

6Mənbələr