AZ

Aeroport yolunda ağır QƏZA: Üç avtomobil toqquşub, biri aşıb

Bu gün səhər saatlarında Aeroport yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Far.Az-in "qaynar xətti"nə daxil olan məlumata görə, magistral yolda üç avtomobilin iştirak etdiyi zəncirvari qəza qeydə alınıb.

Toqquşma nəticəsində nəqliyyat vasitələrindən biri aşıb. Hadisə yerinə dərhal polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Xəsarət alanların olub-olmaması barədə hələlik dəqiq məlumat yoxdur.

Seçilən
28
far.az

1Mənbələr