AZ

Babək prospektində yaranan ağır tıxacla bağlı BDYP-dən AÇIQLAMA

Hazırda paytaxtın Babək prospekti istiqamətində böyük tıxac yaranıb.

Bu barədə Far.Az-in "qaynar xətti"nə görüntülər daxil olub.

Sürücülər qeyd edib ki, iki saatdır ictimai nəqliyyat dayanıb və hərəkət edə bilmir.

Sözügedən problemlə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə (BDYP) müraciət etdik.

BDYP-nin Təbliğat və ictimai işlər üzrə rəisi, polis mayoru Toğrul Nəsirli Far.Az-ə açıqlamasında bildirib ki, 8 Noyabr - Zəfər Günü ilə əlaqədar keçiriləcək tədbirə hazırlıq işləri ilə bağlı həmin ərazidə sıxlıq yaranıb:

"8 Noyabr - Zəfər Günü ilə əlaqədar keçiriləcək tədbirə hazırlıq işləri ilə bağlı həmin ərazidə sıxlıq yaranıb. Məhdudiyyət tətbiq edilən ərazidə DYP əməkdaşları tərəfindən xidmət təşkil edilərək nəqliyyat vasitələri alternativ istiqamətlərə yönləndirilir. Yol hərəkəti iştirakçılarından bunu nəzərə alaraq fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri xahiş olunur".

Seçilən
24
far.az

1Mənbələr