AZ

Azərbaycanın voleybol hakimi Çempionlar Liqasının II təsnifat mərhələsinə təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb.

Azərbaycan Voleybol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, o, noyabrın 6-da Yunanıstanın paytaxtı Afinada keçiriləcək kişilər arasında Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin matçını idarə edəcək.

E.Zülfüqarov “Melina Merkouri” arenada baş tutacaq “Olimpiakos” (Yunanıstan) və “Quaquas” (İspaniya) klublarının qarşılaşmasında baş hakim olacaq. Matçın ikinci hakimi vəzifəsini polşalı Aqnieszka Miçlik yerinə yetirəcək.

Seçilən
17
2
90deqiqe.az

3Mənbələr