AZ

İrkali Kobaxidze: Gürcüstan Orta Dəhliz üzrə əməkdaşlığı davam etdirməyə hazırdır

BAKI, 5 noyabr. TELEQRAF

“Gürcüstan Orta Dəhliz vasitəsilə Çin və Avropa arasında nəqliyyat axınlarının artırılması sahəsində əməkdaşlığı davam etdirməyə hazırdır”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze Pekində Beynəlxalq İdxal Sərgisinin açılış mərasimində çıxışı zamanı bildirib.

Baş nazir həmçinin qeyd edib ki, Çin və Gürcüstan arasında Orta Dəhliz vasitəsilə daşınan konteynerlərin sayı 2025-ci ilin yanvar–avqust aylarında 71 faiz artıb. Bundan əlavə, 2024-cü ildə daşınan yüklərin həcmi əvvəlki illə müqayisədə 15 dəfə çox olub.

“Gürcüstan bir daha təsdiqləyir ki, Çin və Avropa arasında nəqliyyat axınlarının artırılması məqsədilə Orta Dəhliz vasitəsilə əməkdaşlığı davam etdirməyə tam hazırdır”, - İrkali Kobaxidze əlavə edib.

Seçilən
20
teleqraf.com

1Mənbələr