
Xalqın rifahının yaxşılaşdırılması dövlət başçısının siyasətinin təməlini təşkil edir.
Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsində maliyyə nazirinin müavini Himalay Məmişov deyib.
Nazir müavini bildirib ki, növbəti il müavinət və təqaüdlərin ödənilməsinə 2,1 milyard manat ayrılması nəzərdə tutulub: “Son 5 ildə sosial müdafiə və təminat xərcləri 40,7% artıb”.