AZ

Elçin Hüseynbəyli: “Yunus Oğuzun “Onur nişanı” ilə təltifi böyük qürur hissidir” – ÖZƏL

Olaylar.az xəbər verir ki, tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyinin katibi, əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli Yunus Oğuzun yaradıcılığına və türk dünyasına verdiyi töhfələrə həsr olunmuş tədbirdə çıxış edib.

Elçin Hüseynbəyli tədbir iştirakçılarını və qonaqları salamlayaraq, xüsusilə TÜRKSOY-un Baş katibi Sultan Raevin iştirakını yüksək dəyərləndirib:

"Hamınızı salamlayıram, Sultan bəy xoş gəlib. Bu gün münasibətilə Yunus bəyi ürəkdən təbrik edirəm. Onun TÜRKSOY-un '
"Onur nişanı" ilə təltif olunması böyük qürur hissidir."

Yazıçı çıxışında həmçinin qarşıdan gələn 8 Noyabr - Zəfər Günü münasibətilə təbriklərini çatdırıb və bu günün yalnız Azərbaycanın deyil, bütün türk dünyasının qələbə rəmzinə çevrildiyini vurğulayıb:

"Qarşıdan Zəfər Günü gəlir. 8 Noyabr təkcə Azərbaycanın deyil, bütün türk dünyasının bayramıdır. Bu gün türk birliyinin, qardaşlığının, həmrəyliyinin təntənəsidir."

Elçin Hüseynbəyli çıxışını Yunus Oğuzun yaradıcılığının türk mədəniyyəti və ədəbiyyatı üçün əhəmiyyətini qeyd etməklə tamamlayıb, yazıçını təbrik edib və ona yeni yaradıcılıq uğurları arzulayıb.

Yunus Oğuzun TÜRKSOY-un "Onur nişanı" ilə təltif olunması Azərbaycan ədəbiyyatının, eləcə də ümumtürk mədəniyyətinin növbəti böyük uğuru kimi qiymətləndirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
23
olaylar.az

1Mənbələr